İnfrastruktur Nazirliyinə məxsus milyonlarla lari dələduzluqla mənimsənilib | DTX 5 nəfəri saxlayıb
24.09.2025 16:54
495
Kriminal
A
İnfrastruktur Nazirliyinə məxsus milyonlarla lari dələduzluqla mənimsənilib | DTX 5 nəfəri saxlayıb

Bu gün DTX-də brifinqdə bildirilib ki, 4 milyon 184 min 249 lari məbləğində vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi faktına görə 5 nəfər saxlanılıb. 

Aktual.ge xəbər verir ki, bununla bağlı DTX-da keçirilən brifinqdə bildirilib.

Məlumata görə, saxlanılan şəxslər bunlardır: “B. P. Trans” MMC-nin direktoru V.K., həmin şirkətin əməkdaşı İ.Ç. və nəzarətçi şirkətin 3 əməkdaşı.

Qeyd olunub ki, 2021-ci ilin iyun ayından 2022-ci ilin sentyabrına qədər “B. P. Trans” MMC-nin 100%-lik pay sahibi, digər saxlanılanların köməyi ilə aldadaraq Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinə məxsus 4 milyon 184 min 249 lariyə sahib olub.

“Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi tərəfindən, Gürcüstan Prokurorluğu ilə birgə həyata keçirilmiş tədbirlər çərçivəsində, məhkəmənin qərarı əsasında dövlətə məxsus 4 184 249 lari məbləğində vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi faktına görə 'B. P. Trans' MMC-nin direktoru V.K., həmin şirkətin əməkdaşı İ.Ç. və nəzarətçi şirkətin 3 əməkdaşı saxlanılıb.

'B. P. Trans' şirkətinin sabiq direktoru və 100%-lik pay sahibi B.P.-yə isə, hazırda gizlənməsinə baxmayaraq, qiyabi ittiham irəli sürüləcək və barəsində axtarış elan olunacaq. Məsələ iri məbləğdə dələduzluq və dələduzluqda iştirak etmə faktı ilə bağlıdır. Konkret olaraq, Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinə məxsus iri məbləğdə vəsaitin aldadılaraq mənimsənilməsindən söhbət gedir.

İstintaq müəyyən edib ki, 2021-ci ilin iyun ayından 2022-ci ilin sentyabr ayınadək, elektron tenderlə nəzərdə tutulmuş işlərin icrası zamanı Kutaisi–Alpana–Mamison aşırımının avtomobil yolunun bir hissəsinin və Oni bələdiyyəsi ərazisində təbii fəlakət nəticəsində zərər görmüş ayrı-ayrı hissələrin sahilbərkitmə işlərinin (daşlardan bəndlərin tikintisi) həyata keçirilməsi prosesində, 'B. P. Trans MMC'nin 100%-lik pay sahibi B.P., həmin şirkətin direktoru V.K.-nın, əməkdaş İ.Ç.-nin və müqavilənin icrasına nəzarət edən şəxslər G.K., R.F. və İ.Q.-nun köməyi ilə aldadaraq Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinə məxsus 4 184 249 lariyə sahib olub. Bu yolla dövlətə böyük həcmdə maddi zərər vurulub.

Qeyd olunan cinayət əməli ilə bağlı istintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin 'b' bəndi və 25-180-ci maddənin 3-cü hissəsinin 'b' bəndi ilə aparılır ki, bu da 6 ildən 9 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bundan əlavə, bu iş çərçivəsində cinayətdə iştirak etmiş digər mümkün şəxslərin müəyyən olunması və onların hüquqi məsuliyyətinin dəqiqləşdirilməsi məqsədilə intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - deyə qurumdan bildirilib.

ŞƏRH YAZ
0