Az əvvəl elan edildi: Ölkədə hava şəraiti pisləşəcək
26.09.2025 19:37
1142
Maraqlı
A
Az əvvəl elan edildi: Ölkədə hava şəraiti pisləşəcək

Sentyabrın 26-sı günün sonundan sentyabrın 28-i günün birinci yarısınadək Şərqi Gürcüstanda yağış, dolu və küləyin qısamüddətli güclənməsi gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi verib.

“26 sentyabr günün sonundan 28 sentyabr günün birinci yarısınadək Şərqi Gürcüstanın əksər rayonlarında yağış yağacağı gözlənilir. Kaxeti ərazisində və dağlıq rayonlarda bəzi yerlərdə güclü yağış, şimşək, mümkün dolu və küləyin qısamüddətli güclənməsi proqnozlaşdırılır.

Gözlənilən yağıntılar Şərqi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına, kiçik çaylarda sel hadisələrinin yaranmasına, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin başlanmasına və ya aktivləşməsinə səbəb ola bilər" , - qeyd edilən məlumatda təhlükə səviyyəsi orta olaraq dəyərləndirilib. 

ŞƏRH YAZ
10