Marneulidə Vətən Müharibəsinin beşinci ildönümü yad edilib - FOTO
27.09.2025 16:10
798
Mədəniyyət
A
Marneulidə Vətən Müharibəsinin beşinci ildönümü yad edilib - FOTO

Azərbaycan Vətən Müharibəsinin beşinci ildönümü Marneulidə yad edilib.

Aktual.ge xəbər verir ki, anım günü münasibətilə Marneuli bələdiyyəsinin Lecbəddin kəndində ucaldılmış, əslən bu kənddən olan milli qəhrəman Cəlil Səfərovun abidəsi ziyarət edilib.

Mərasim iştirakçıları abidənin önünə əklil qoyaraq, Azərbaycan uğrunda canından keçmiş qəhrəmanları bir dəqiqəlik sükutla yad ediblər.

Burada Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizin xatirəsini dərin hörmətlə anıb və onların göstərdiyi şücaətdən danışıb.

Tədbirdə “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov və Gürcüstan Parlamentinin sabiq deputatı Mahir Dərziyev də çıxış edərək, şəhidlərin xalqın yaddaşındakı əbədi yerindən və onların göstərdiyi igidlik və vətənpərvərlik ruhunun qorunub yaşadılmasındakı rolundan bəhs ediblər.

Mərkəzin meneceri Sara İsgəndərova isə iştirakçılara 1992-ci il Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Cəlil Səfərovun həyat yolu, döyüş fəaliyyəti və şücaəti barədə geniş məlumat verib.

Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin (GASU) rəhbəri Aytəkin Allahverdiyeva isə 27 sentyabr – anım günü haqqında danışıb.

ŞƏRH YAZ
9