Suxuminin süqutundan 32 il ötür
27.09.2025 16:13
736
Mədəniyyət
A
Suxuminin süqutundan 32 il ötür

Bu gün Suxuminin süqutundan 32 il ötür.

Aktual.ge xatırladır ki, Abxaziyada silahlı qarşıdurma 1992-ci il 14 avqustda başlayıb.

Gürcüstan Müdafiə Nazirliyinin Milli Qvardiyası Soçi–İnqiri dəmir yolu xəttini qorumaq məqsədilə Abxaziya ərazisinə daxil olub. Lakin Milli Qvardiyanın Abxaziyaya girişi, Abxaziya Ali Şurasının sədri Vladislav Ardzinbanın göstərişi ilə yaradılmış “Abxaz Qvardiyası” tərəfindən qarşılanıb və ilk atəş Omamçire rayonunun Oxaruseis kəndində açılıb.

Dövlət Şurası 11 avqustda Vladislav Ardzinba ilə əldə olunan razılaşmaya əsaslanaraq, Soçi–İnqiri dəmir yolunun təhlükəsizliyini təmin etmək üçün Abxaziyaya Milli Qvardiya göndərmək qərarı vermişdi. Lakin razılaşmaya baxmayaraq, “Abxaz Qvardiyası” Gürcüstan qüvvələrinin Oçamçire və Gulripshi bölgələri, eləcə də Suxumi şəhəri istiqamətində hərəkətinə müqavimət göstərib. Bu hadisə Abxaziyada silahlı münaqişənin başlanmasına səbəb olub.

Abxaziya müharibəsi 13 ay 13 gün davam edib və 1993-cü il 27 sentyabrda Suxuminin süqutu və Gürcüstan Silahlı Qüvvələrinin geri çəkilməsi ilə başa çatıb.

Suxuminin süqutunun 32-ci ildönümü ilə əlaqədar olaraq, Abxaziya müharibəsində həlak olanların xatirəsinə Gürcüstanın bütün inzibati binalarında dövlət bayraqları endirilib.

ŞƏRH YAZ
12