Bəşər Əsədin həbsinə rəsmən order verildi
28.09.2025 00:05
775
Dünya
A
Bəşər Əsədin həbsinə rəsmən order verildi

Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verib.

Aktual.ge xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat verib.

"2011-ci ildə Dəraada baş verən hadisələrlə bağlı ittihamlar üzrə Bəşər Əsədin qiyabi həbsinə dair order verilib", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Bəşər Əsəd 2024-cü il dekabrın 8-də silahlı müxalif qüvvələrin Dəməşqə daxil olmasından sonra Suriya prezidenti vəzifəsini tərk edib və ölkədən qaçıb.

ŞƏRH YAZ
1