Kateqoriyalar
Moldovada keçirilən parlament seçkilərində bülletenlərin 99,95%-nin hesablanmasından sonra Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Avropa yönlü Fəaliyyət və Həmrəylik Partiyası 44,13% səs toplayıb.
Aktual.ge bu barədə Moldova MSK-ya istinadən xəbər verir.
İkinci yerdə 28,26% səslə Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" qərarlaşıb. Sıralamada daha sonra avropayönümlü partiyaların "Alternativ" bloku (9,21%) və Renato Usatının "Bizim Partiya"sı (6,35%) gəlir. "Demokratiya evdədir" Partiyası isə 5,73%-ni qazanıb.