FIFA penalti qaydalarına dəyişiklik edəcək
29.09.2025 10:40
1045
İdman
A
FIFA penalti qaydalarına dəyişiklik edəcək

FIFA penalti zərbələri qaydalarına dəyişiklik etməyi planlaşdırır.

Aktual.ge xarici mətbuata istinadən xəbər verir ki, dəyişikliklərin gələn mövsümdən qüvvəyə minməsi gözlənilir.

Təklif olunan düzəlişlərə əsasən, qapıçı penalti zərbəsini birinci cəhddən dəf edərsə, ikinci zərbə cəhdinə imkan verilməyəcək və qapıdan zərbə təyin ediləcək. Topun dirəyə və ya qapı tirinə dəydiyi halda hansı qərarın qəbul ediləcəyi ilə bağlı isə hazırda heç bir məlumat yoxdur.

Qeyd olunur ki, bu qaydanın qüvvəyə minməsi üçün onun Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməsi vacibdir. İllik iclasda penalti qaydalarına dəyişikliklərlə bağlı səsvermə müsbət olarsa, yeni qaydalar qəbul edilməzdən əvvəl praktiki sınaqdan keçiriləcək.

ŞƏRH YAZ
4