Kateqoriyalar
Sentyabrın 30-dan etibarən Gürcüstanda hava şəraiti pisləşəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Bildirilib ki, 30 sentyabrda Qərbi Gürcüstanda, sentyabrın 30-u günün ikinci yarısından isə oktyabrın 2-si günün birinci yarısına qədər Şərqi Gürcüstanda yağış gözlənilir, bəzi yerlərdə güclü olacaq, ildırım, dolu və küləyin güclənməsi mümkündür.
Agentlik əhaliyə xəbərdarlıq edib ki, gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda selə, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranıb-aktivləşməsinə səbəb ola bilər.
Agentlik hava şəraiti ilə əlaqədar təhlükə səviyyəsini orta olaraq dəyərləndirib.