Marneuli Bələdiyyəsinin 26 May küçəsində gecə saatlarında "Prius" markalı avtomobili qarət etməyə cəhd edilib.
Aktual.ge xəbər verir ki, hadisə sentyabrın 29-na keçən gecə qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər avtomobilin içinə daxil olmaq üçün dəfələrlə cəhd göstərsələr də, buna nail ola bilməyiblər. Avtomobilin həm baqaj, həm də əsas giriş hissəsindən daxil olmağa çalışıblar, lakin uğursuz olublar.
Nəticədə minik avtomobilinə ziyan dəyib: sürücü qapısının giriş hissəsi zədələnib, arxa fənərinin bir hissəsi oğurlanıb, həmçinin ön sol güzgüsü qırılıb.
Aktual.ge xəbər portalının sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin oğurluğu nəzərdə tutan 177-ci maddəsinin üçüncü hissəsinin “d” bəndi ilə istintaqa başlanılıb.