Ağır yol qəzası ər-arvadın həyatına son qoydu
30.09.2025 16:18
1449
Dünya
A
Ağır yol qəzası ər-arvadın həyatına son qoydu

Mestiyada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib.

Aktual.ge xəbər verir ki, hadisə ötən gecə Çuberi kəndində baş verib, avtomobil Enguri çayına aşıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda hər iki şəxsin meyiti tapılıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə istintaq başlanılıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmağı nəzərdə tutur.

Məlumata görə, ölənlər ər-arvad olub.

ŞƏRH YAZ
10