Marneuli sakinləri: Artan pensiya dərman xərclərini belə ödəmir - VİDEO
02.10.2025 06:58
924
İqtisadiyyat
A
Marneuli sakinləri: Artan pensiya dərman xərclərini belə ödəmir - VİDEO

2026-ci il yanvar ayından etibarən 70 yaş və yuxarı şəxslərin pensiyası 45 lari artırılaraq 495 lari olacaq. Həmin kateqoriyaya aid olan dağlıq ərazilərdə yaşayan pensiyaçılar isə demək olar ki, 594 lari alacaqlar.

70 yaşınadək olan şəxslərin pensiyası isə 20 lari artırılaraq 370 lari olacaq, dağlıq ərazilərdə isə bu məbləğ 444 lari təşkil edəcək.

Marneuli sakinlərinin sözlərinə görə, aldıqları pensiya gündəlik ehtiyaclarını qarşılamaq üçün yetərli deyil və onlar istifadə etdikləri dərmanların xərcini belə ödəyə bilmirlər.

Məlumat üçün bildirək ki, hazırda Gürcüstanda 70 yaşınadək şəxslərin pensiyası 350 lari, dağlıq ərazilərdə isə 420 lari təşkil edir. 70 yaş və yuxarı şəxslərin pensiyası 450 lari, həmin kateqoriyadan olan dağlıq ərazilərdə yaşayan pensiyaçılar isə təxminən 540 lari alır.

ŞƏRH YAZ
10