02.10.2025 07:28
852
Dünya
A
"Sumud" flotiliyasına məxsus ələ keçirilən gəmilərin sayı doqquza çatıb

İsrail hərbçiləri fələstinlilərə humanitar yardımla Qəzza sahillərinə doğru irəliləyən "Sumud" flotiliyasının doqquz gəmisini ələ keçiriblər.

Aktual.ge xəbər verir ki, bu barədə beynəlxalq missiyanın məlumat komitəsinin açıqlamasını Livanın "Al Mayadeen" telekanalı yayıb.

Qeyd olunub ki, İsrail hərbçiləri gəmilərə qarşı güc tətbiq edir, qəsdən toqquşmalar törədir, su toplarından istifadə edir və saxlanılan aktivistlərlə qəddar davranırlar.

Daha əvvəl Qətərin "Al Jazeera" telekanalı dörd gəminin ələ keçirildiyi və təxminən 70 aktivistin saxlanıldığı barədə məlumat vermişdi.

Xatırladaq ki, daha əvvəl Qəzzaya humanitar yardım daşıyan flotiliyanın hərəkətinə İsrail tərəfindən icazə verilməyib.

ŞƏRH YAZ
12