Seçkilərə iki gün qala Baş nazir xəbərdarlıq etdi
02.10.2025 21:18
1126
Siyasət
A
Seçkilərə iki gün qala Baş nazir xəbərdarlıq etdi

"Hər kəsə dostcasına məsləhət verməliyik ki, zorakılığa və qanun pozuntusuna cəsarət etməsinlər, əks halda qanun onlara qarşı çox sərt olacaq".

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze mediaya açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, vətəndaşların dinc toplaşmaq hüququ var, lakin zorakılıq və ya qanun pozuntusu halında sərt reaksiya veriləcək.

Onun sözlərinə görə, keçmişdə zorakılıqda iştirak edən şəxslərin bir hissəsi artıq məsuliyyətə cəlb olunub.

“Əlbəttə, hər kəsin dinc toplaşmaq hüququ var, qoy dinc şəkildə toplaşsınlar, fikirlərini ifadə etsinlər, bu, 4 oktyabrda da təmin olunacaq. Eyni zamanda, hamını xəbərdar etmək istəyirəm qanunu pozmasınlar, qanunu pozan kimi dərhal qanuna uyğun sərt cavab alacaqlar. Hamıya xatırlatmaq istəyirəm ki, zorakılıqda iştirak edənlərin kiçik bir hissəsi artıq məsuliyyətə cəlb olunub. Cəza kifayət qədər sərtdir, 2 ildən 4 ilə qədər. Buna görə də, hamıya xatırlatmaq istəyirəm, əgər kimsə zorakılığa əl atsa, çox sərt cavab alacaq. Deməli, hər kəsə dostcasına məsləhət verilməlidir ki, zorakılığa və qanun pozuntusuna cəsarət etməsinlər, əks halda qanun onlara qarşı çox sərt olacaq”, – deyə İrakli Kobaxidze vurğulayıb.

ŞƏRH YAZ
20