03.10.2025 11:38
299
Siyasət
A
"Təxribatlarla bağlı bəyanatlar eşidirik, DİN ilə əməkdaşlıq edəcəyik ki, qanunsuz hərəkətlərə yol verilməsin" | MSK sədri

“Bizə provokasiyalarla bağlı bəyanatlar eşidirik, Daxili İşlər Nazirliyi ilə sıx koordinasiya və əməkdaşlıq edəcəyik ki, heç bir qanunsuz hərəkətə yol verilməsin”.

Aktual.ge xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, MSK seçkilərin təhlükəsiz və sakit şəraitdə keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyi ilə memorandum imzalayıb.

“Təəssüf ki, biz də bu tip bəyanatları [provokasiyalarla bağlı] eşidirik. Lakin bildiyiniz kimi, qanunvericilik seçki məntəqəsinin daxilində və onun hüdudlarından kənarda müəyyən qaydaları, eləcə də qurumlar arasında səlahiyyət bölgüsünü müəyyən edir. Bu məsələ ilə bağlı biz bir neçə həftə öncə seçkilərin təhlükəsiz və sakit şəraitdə keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyi ilə memorandum imzaladıq. Bizim sıx koordinasiya və əməkdaşlığımız olacaq ki, heç bir qanunsuz hərəkətə yol verilməsin, ən azı qabaqlayıcı tədbirlər görülsün və əgər belə hallar baş verərsə, qanunla nəzərdə tutulan tədbirlər həyata keçirilsin. Bu da seçkilərin sakit və təhlükəsiz mühitdə keçirilməsinə təhlükə yaratmasın” , - deyə Giorgi Kalandarişvili qeyd edib.

ŞƏRH YAZ
14