Kateqoriyalar
Gürcüstan tarixində ilk dəfə MMA üzrə dünya çempionatına ev sahibliyi edib.
Aktual.ge xəbər verir ki, böyüklər arasında Mirzə Qacıyev (79,4 kq), Mariam Topuria (79,4 kq) və Giorgi İmerlişvili (+97 kq) vitse-çempion olublar. Roman Çoçişvili (83,9 kq) isə bürünc medal qazanıb. Gənclər arasında Lekso Sabanadze (+97 kq) vitse-çempion, Gia Qatikashvili (83,9 kq) isə bürünc medalçı olub.
Dünya çempionatının yekun tədbirində Gürcüstanın idman naziri Şalva Qoqoladze və Qarışıq Döyüş Sənətləri üzrə Beynəlxalq Federasiyanın prezidenti Kerrit Braun da iştirak ediblər. Nazir 79,4 kq çəki dərəcəsində dünya çempionatının mükafatçılarını təltif edib.