03.10.2025 15:27
388
Siyasət
A
"Hər hansı qanun pozucusu ən sərt cavabı alacaq" | Kobaxidze

"2012-ci ildən bəri Gürcüstan demokratik dövlətdir və burada hər kəsin sülh yolu ilə toplaşmaq hüququ var. Lakin bir daha hamını xəbərdar edirik ki, hər hansı zorakılığa ən sərt qanuni cavab veriləcək".

Aktual.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze bu gün Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.

Hökumət başçısı bütün siyasi partiyalara və digər birliklərə Gürcüstanın konstitusional quruluşunu devirmək və ya zorakılıq yolu ilə dəyişdirmək məqsədli hər hansı toplantıdan uzaq durmağa çağırıb.

“Bütün siyasi partiyalara və digər birliklərə çağırış edirik ki, hələ vaxtı varkən Gürcüstanın konstitusional quruluşunu devirmək və ya zorakılıq yolu ilə dəyişdirmək məqsədli toplantıdan açıq şəkildə uzaq dursunlar. Hamıya xatırlatmaq istəyirəm ki, bu gün Gürcüstan, onun konstitusional sistemi və dövlət institutları, o cümlədən hüquq-mühafizə strukturları, heç vaxt olmadığı qədər güclü və birləşmişdir. Buna görə də heç kimə tövsiyə etmirik ki, dövlət sistemi və qanunla üz-üzə gəlsin; hər hansı qanun pozucusu ən sərt cavabı alacaq. Gürcüstan sülh və sabit inkişafını davam etdirəcək və bu inkişaf üçün Gürcüstan hökuməti və onun hər bir qurumu tam məsuliyyət daşıyır”, – deyə İrakli Kobaxidze söyləyib. 

ŞƏRH YAZ
19