Bu gün, 4 oktyabrda, Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçiriləcək.
Aktual.ge xəbər verir ki, elan olunmuş mitinq çərçivəsində vətəndaşlar saat 16:00-dan etibarən Rustaveli prospektində etiraz aksiyası üçün toplaşacaqlar.
Həmçinin tələbələrin etiraz yürüşü planlaşdırılıb, hansı ki, Tbilisi Dövlət Universitetinin birinci korpusundan saat 15:00-da başlayacaq.
Rustaveli prospektinə gəlməyə vətəndaşlara bir daha çağırış edib “Rustaveli prospekti" hərəkartının lideri Paata Burçuladze.
“Vətənin xidmətində – saat 16:00-da hamımız Rustavelidə!” , - deyə o, sosial şəbəkədə yazıb.
Rustaveli prospektində etiraz aksiyası artıq 311 gündür davam edir. Vətəndaşlar yeni seçkilərin təyin edilməsini və aksiyalar zamanı saxlanılan şəxslərin azad olunmasını tələb edirlər.