"Bu gün ölkəmizin yeni tarixində daha bir mühüm gündür. 'Gürcü Arzusu', bizim partiyamız, cəmiyyətə azad seçim etmək imkanı verdi – həm 'Gürcü Arzusu'nun üzvləri, həm də cəmiyyət bacardı və öyrəndi düzgün təhlil etməyi, artıq cəmiyyət asanlıqla ağla qaradan fərq qoyur".
Aktual.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili, Tbilisidə ailəsi ilə brigə öz siyasi seçimini etdikdən sonra jurnalistlərə müsahibəsində deyib.
“Bu gün ölkəmizin yeni tarixində daha bir mühüm gündür. Azad seçkilər, hansı ki, son dövrlərdə Gürcüstanda fasiləsiz şəkildə keçirilir, bu gün də belə maraqlı və həm də çox mühüm seçkilərdən biridir. 'Gürcü Arzusu', bizim partiyamız, cəmiyyətə azad seçim etmək imkanı verdi, necə ki, son illərdə azad sözün, azad biznesin və azad həyatın əsasını qoymağı bacardıq. Artıq 13 ildir ki, 'Gürcü Arzusu' hakimiyyətdədir və biz cəmiyyətlə birlikdə bütün istiqamətlərdə heyranedici uğurlara nail olduq. Amma ən böyük nailiyyət və uğur, xüsusi olaraq vurğulaya biləcəyimiz odur ki, həm 'Gürcü Arzusu'nun üzvləri, həm də cəmiyyət, düzgün təhlil etməyi, obyektiv təhlili və tənqidi düşüncəni inkişaf etdirməyi bacardı və öyrəndi. Cəmiyyətimiz artıq asanlıqla ağla qaradan fərq qoya bilir” , - söyləyən Bidzina İvanişvili əlavə edib: “Biz həmişə cəmiyyətin istədiyi nəticəni əldə edirik”.