Saat 10:00-a olan məlumata görə, Gürcüstan miqyasında seçki məntəqələrinə 275 min 948 (7.85%) seçici gəlib – ən yüksək fəallıq Raça-Leçxumidə qeydə alınıb.
Aktual.ge xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda seçki prosesi sakit şəraitdə davam edir.
“Seçki administrasiyası seçiciləri və seçki prosesinə cəlb olunmuş tərəfləri səsvermə günü ilə bağlı məlumatlandırmanı davam etdirir. Hazırda seçki məntəqələrində səsvermə prosesi sakit şəraitdə keçirilir.
Saat 10:00-a olan seçici fəallığını sizə təqdim edirəm. Bu vaxta qədər seçki məntəqələrinə 275 948 (7.85%) seçici gəlib. Ən yüksək fəallıq Raça-Leçxumidə qeydə alınıb.
Səhhətinə görə şəxsən məntəqəyə gələ bilməyən seçicilər üçün daşınan qutular artıq seçki məntəqələrindən çıxarılıb. Xatırladıram ki, daşınan qutu vasitəsilə səs verən seçicilər də qeydiyyatdan keçir və işarələnirlər" , - qeyd edib.