Cəmiyyətin təhlükəsizliyi və ictimai asayişin qorunması məqsədilə, Daxili İşlər Nazirliyinin müvafiq polis bölmələrinin əməkdaşları cari ilin 4 oktyabrında Tbilisidə planlaşdırılan aksiya ilə əlaqədar paytaxtın müxtəlif yerlərində yerləşdirilib.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
"Aksiya təşkilatçılarını və iştirakçılarını çağırırıq ki, yığıncaq-manifestasiyanı Gürcüstan qanunvericiliyi ilə müəyyən olunmuş çərçivədə keçirsinlər, polis əməkdaşlarının qanuni tələblərinə riayət etsinlər və onların xidməti fəaliyyətinə mane olmasınlar. Hər bir qanun pozuntusuna polis tərəfindən müvafiq hüquqi reaksiya veriləcək" , - qeyd olunub.
Məlumat üçün bildirək ki, bu gün saat 16:00 Tbilsinin Rustaveli prospektində müxalif qruplar aksiya elan ediblər.