“Bizim reytinqimiz 65% olduğu halda, ağıllı insan necə düşə bilər hakimiyyətin devrilməsi və ya inqilab təşkil etməsi barədə düşüncəyə? Qoy kimsənin əli qanun pozuntusuna, ayağı isə bu qanuna ilişməsin. Bu, mənim yeganə xəbərdarlığımdır!”.
Aktual.ge xəbər verir ki, bunu seçki məntəqəsinə gələn Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, hakim partiyaya təxminən bir milyon insan səs verəcək, müxalifət isə tam səfərbərlik şəraitində belə, Rustaveli prospektində elan olunan aksiyada çox zəif şəkildə təmsil olunacaq.
“Aksiyaya gəlincə, siz çox yaxşı görəcəksiniz ki, Paata Burçuladze tərəfindən elan olunan guya devirmə aksiyası necə keçəcək. Bir daha xəbərdarlığımı təkrar edirəm: qoy kimsənin əli qanun pozuntusuna, ayağı isə bu qanuna ilişməsin. Bu, mənim yeganə xəbərdarlığımdır. Əgər aksiya dinc şəkildə keçsə – yaxşı, amma əgər zorakılığa əl atmağa çalışsalar, bunun cavabını alacaqlar.
Tam səfərbərlik şəraitində belə, bu gün də müxalifət çox zəif şəkildə təmsil olunacaq, buna görə də onların uğur qazanmaq perspektivi yoxdur. Bu gün görəcəksiniz ki, təxminən bir milyon həmvətənimiz 'Gürcü Arzusu'nu dəstəkləyəcək və bunun yüz, iki yüz dəfə azı Rustaveli prospektində toplaşacaq. Bizim reytinqimiz 65% olduğu halda, ağıllı insan necə düşünə bilər devrilmə və inqilab barədə? Bizim etibarlı sorğularımız var və həmin sorğular göstərir ki, reytinqimiz 65%-dir. Hakim partiyanın belə reytinqi olduğu halda, devrilmə barədə düşünmək belə lazım deyil. Amma onların müstəqil fəaliyyət sahəsi yoxdur xaricdən nə tapşırırlarsa, onu da edirlər. Deyirlər, başınla divara vur, onlar da başını divara vururlar. Bu, bizim gördüyümüz yeganə şeydir və bu axşam da bunu görəcəyik. Hər şey müxalifətin nə qədər ağıllı davranmasından asılı olacaq: zorakılığa keçsələr, cavabını alacaqlar, zorakılığa keçməsələr, hər şey yaxşı olacaq” , - deyə İrakli Kobaxidze qeyd edib.