Gürcüstanda külli miqdarda narkotik istehsal edən əcnəbi qadın saxlanıldı - VİDEO
12.11.2020 13:16
508
Kriminal
A
Gürcüstanda külli miqdarda narkotik istehsal edən əcnəbi qadın saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Mərkəzi Cinayət Polis İdarəsinin əməkdaşları əməkdaşları internetdə narkotik ticarəti ilə əlaqəli cinayət sxemini aşkarlayıb. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib. Əməliyyat istintaq axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Qazaxıstan vətəndaşı A.A.-nın evindən 2 300 kq narkotik vasitə "Mefedron" və sözügedən narkotik vasitənin hazırlanmasında istifadə olunan vasitələr aşkarlanaraq götürülüb. Götürülmüş narkotik vasitəsinin qara bazardakı dəyərinin 1 200 000 lari olduğu deyilir. Hakimin qərarı əsasında saxlanılıb. Cinayət ən çox 6 ildən 11 ilədək həbs cəzası nəzərdə tutur. Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci və dördüncü hissələrinə və 266-cı maddəsinin birinci hissəsinə əsasən istintaq başladılıb.
ŞƏRH YAZ
2