Tbilisidə, hava limanı yaxınlığında stadion tikintisi ilə bağlı Bələdiyyə İnkişaf Fondunun elan etdiyi elektron tenderdə təkliflərin qəbulu başa çatıb.
Aktual.ge xəbər verir ki, tender sənədlərinə əsasən, hazırda seçim və qiymətləndirmə mərhələsi davam edir. Bu vaxta qədər tenderə ümumilikdə üç şirkət təklif təqdim edib. Bunlar aşağıdakılardır:
- “Anagi” – 850 milyon lari təklifi ilə,
- Azərbaycan şirkəti JV MAQRO–INSHAATCHI 3 – 789,42 milyon lari təklifi ilə,
- Türkiyə şirkəti YDA İnşaat Sanayi ve Ticaret A.Ş. – 744,934 milyon lari təklifi ilə.
Xatırladaq ki, Tbilisidə hava limanı yaxınlığında UEFA-nın IV kateqoriyasına uyğun, 70 min tamaşaçı tutumuna malik futbol stadionunun tikintisi və layihələndirilməsi üzrə tender avqustun 15-də elan olunub. Təkliflərin qəbulu sentyabrın 25-də başlayıb və sentyabrın 29-da başa çatıb.
Tender şərtlərinə əsasən, satınalmanın təxmini dəyəri 876 milyon lari təşkil edir. Podratçı işləri 51 ay müddətində tamamlamalıdır bunun 15 ayı layihələndirməyə, 36 ayı isə stadionun tikintisi və istismara verilməsinə ayrılıb.