4 oktyabr aksiyası ilə bağlı daha 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib
09.10.2025 12:53
193
Siyasət
A
4 oktyabr aksiyası ilə bağlı daha 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

4 oktyabr aksiyası ilə bağlı daha 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Aktual.ge xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə prokurorluğun vəsatəti təmin olunub və saxlanılan şəxslər barəsində məhkəmə həbs tədbiri tətbiq edilib.

İstintaq Cinayət Məcəlləsinin bir neçə maddəsi – 317-ci (hakimiyyət nümayəndəsinə müqavimət), 222-ci (ictimai qaydanın pozulması), 225-ci (kütləvi iğtişaşların təşkili) və 187-ci (əmlaka ziyan vurma) ilə aparılır. Aksiyalarla əlaqədar ümumilikdə 35 nəfər saxlanılıb.

ŞƏRH YAZ
9