“Heksogen işi” üzrə təqsirləndirilən Denis Juravlyovun daha bir mənzilində axtarış aparılıb
09.10.2025 13:33
195
Siyasət
A
“Heksogen işi” üzrə təqsirləndirilən Denis Juravlyovun daha bir mənzilində axtarış aparılıb

“Heksogen işi” üzrə təqsirləndirilən Denis Juravlyovun daha bir mənzilində axtarış aparılıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

Qurumun məlumatına görə, evdə müxtəlif ölçülü kompüter mikrosxemləri, sənədlər və pul vəsaiti aşkarlanıb.

"Dövlət Təhlükəsizliyi Xidmətində “Heksogen” işi ilə bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam edir.Məlum olub ki, təqsirləndirilən Denis Juravlyov Tbilisinin Qldani rayonunda daha bir konspirativ mənzil icarəyə götürüb, orada axtarış aparılıb. Nəticədə, müxtəlif ölçülü kompüter mikrosxemləri, sənədlər və pul vəsaiti aşkarlanıb.
Hazırda götürülmüş əşyaların konkret təyinatı araşdırılır", – deyə DTX-nin açıqlamasında bildirilir.

Gürcüstanda “Heksogen”in ölkəyə gətirilməsi və iki ukraynalı vətəndaşın saxlanılması barədə məlumatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti sentyabrın 11-də yaymışdı.

Qeyd olunuv=b ki, “trotil”in tərkib hissəsi olan “heksogen” adlı partlayıcı maddə aşkarlanıb və Gürcüstanda iki ukraynalı – avtomobili idarə edən sürücü və ölkə ərazisində onu qarşılayıb maddəni qəbul edən şəxs – saxlanılıb.

DTX-nin 11 sentyabr tarixli açıqlamasında dəqiqləşdirilməmişdi ki, Gürcüstan partlayıcı maddənin son təyinat nöqtəsi olub, yoxsa “heksogen” başqa bir ölkəyə daşınmalı idi.

ŞƏRH YAZ
5