09.10.2025 17:15
300
Dünya
A
"Avroviziya-2026" ləğv edilə bilər

"Avroviziya-2026" beynəlxalq mahnı müsabiqəsinin gələcəyi təhlükə altındadır. Ev sahibi olan Avstriya İsrailin müsabiqədən kənarlaşdırılacağı təqdirdə şounun keçirilməsindən imtina edə bilər.

Aktual.ge Oxu-ya istinadən xəbər verir ki, Avstriya kansleri Kristian Ştoker bununla bağlı hökumətə çağırış edib.

O, İsrailin kənarlaşdırılmasını müsabiqənin əsaslandığı bərabərlik və tolerantlıq prinsiplərinə zidd olduğunu bildirib.

"Heç kimin yox, məhz bizim yəhudi bir sənətkarın Vyanaya gəlməsini qadağan etməyimiz mümkünsüzdür", - deyə siyasətçi vurğulayıb.

ŞƏRH YAZ
7