Baş nazir Qəzzadakı atəşkəslə bağlı yazdı
09.10.2025 22:20
399
Siyasət
A
Baş nazir Qəzzadakı atəşkəslə bağlı yazdı

“Qəzza zolağında atəşkəs barədə əldə olunan razılaşmanı sülhə doğru ümidverici mərhələ kimi alqışlayırıq”.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "X" platformasında yazıb.

“Prezident Trampın qətiyyətli diplomatiyası, Qətər, Misir və Türkiyənin vasitəçiliyinin dəstəyi ilə bu razılaşmanın əldə olunmasında həlledici rol oynayıb. Məsələlərin dərhal girovların azad edilməsi ilə başlaması uzunmüddətli sülhün əsasını qoyacaq bu isə bizim ümumi məsuliyyətimizdir” , - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
14