Marneulidə avtomobil qəzası: 4 yaralı - FOTO/VİDEO
10.10.2025 00:03
1186
Hadisə
A
Marneulidə avtomobil qəzası: 4 yaralı - FOTO/VİDEO

Marneuli–Sadaxlı magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, “Opel” markalı avtomobil “Kia” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Aktual.ge xəbər verir ki, hadisə təxminən saat 22:30 radələrində qeydə alınıb.

Qəza zamanı “Opel” idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində üç nəfər, o cümlədən bir uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıblar.

Hadisə yerində polis əməkdaşları işləyir, faktla bağlı araşdırma davam edir.

ŞƏRH YAZ
10