Bu gün parlament binasının qarşısında həkimlərin etiraz aksiyası keçiriləcək.
Aktual.ge xəbər verir ki, aksiyanın məqsədi, oktyabrın 4-də Tbilisidə baş verən hadisələrlə əlaqədar polis tərəfindən saxlanılan həkim və akademik Giorgi Çaxunaşviliyə həmrəylik göstərməkdir.
Aksiya parlamentin qarşısında saat 20:00-da başlayacaq.
Bu gün elan edilən aksiyaya həkim Giorgi Axobadze də münasibət bildirib. O, həmkarlarına müraciət edərək ağ xalat geyinməyə və nəyə qadir olduqlarını göstərməyə çağırıb:
“Həbsdə olduğum vaxt küçədə çoxlu ağ xalatlı həkim görmək istəyirdim. Dəqiq bilirdim ki, bu baş verməyəcək. İndi istəyirəm ki, yanılım. Gəlin, cəhd edək və bunu həyata keçirək! Gəlin, görək nəyə gücümüz çatır!
Oktyabrın 10-da, saat 20:00-da hamınız ağ xalat geyinin və göstərək nəyə qadiriq”, - deyə Giorgi Axobadze yazıb.