Mövsümi qripə qarşı pulsuz peyvəndləmə başladı
10.10.2025 12:47
407
Siyasət
A
Mövsümi qripə qarşı pulsuz peyvəndləmə başladı

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə mövsümi qripə qarşı vaksinasiya prosesi rəsmi olaraq başlayıb.

Aktual.ge xəbər verir ki, peyvəndləmə bütün vətəndaşlar üçün tamamilə pulsuz həyata keçiriləcək.

Nazirliyin açıqlamasına əsasən, dövlət immunizasiya proqramı çərçivəsində Gürcüstan Fransada istehsal olunan, dördkomponentli “VaxigripTetra™” (SANOFI WINTHROP INDUSTRIE) vaksinindən 200 min doza əldə edib. Sözügedən preparat Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan vaksinlərdən biridir.

Qurum bildirir ki, vaksin bu mövsüm ərzində dövriyyədə olması proqnozlaşdırılan virus ştammlarına uyğunlaşdırılıb. Nazirlik vətəndaşlara, xüsusilə xroniki xəstəlikləri olan və yüksək risk qrupuna daxil şəxslərə peyvənd olunmağı tövsiyə edib.

Peyvəndləmə bütün benefisiarlar üçün tamamilə pulsuzdur.

Vaksinasiya xidmətləri göstərən tibb müəssisələrinin siyahısı ilə tanış olmaq üçün buraya keçid edə bilərsiniz

ŞƏRH YAZ
15