Tbilisidə tələbələr üçün “SMM təlimi” | Gənclər sosial medianın sirrlərini öyrəndi!
13.10.2025 17:13
506
Maraqlı
A
Tbilisidə tələbələr üçün “SMM təlimi” | Gənclər sosial medianın sirrlərini öyrəndi!

Tbilisidə, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin (GASU) təşkilatçılığı ilə SMM (Social Media Marketing) kurslarının növbəti təlimi baş tutub.

Aktual.ge xəbər verir ki, təlim GASU üzvü olan tələbələr üçün Arzu Əliyevanın spikerliyi ilə keçirilib.

Tədbir zamanı iştirakçılara sosial media marketinqinin əsas prinsipləri, effektiv paylaşımlar və auditoriya ilə düzgün ünsiyyət qurma üsulları barədə praktiki biliklər təqdim olunub.

Təlimin sonunda tələbələr praktiki tapşırıqlarını təqdim edib, müzakirələr aparılıb və suallar cavablandırılıb.

Sonda isə “Axundov Kafe”də təşkilata yeni qoşulan tələbələrə GASU üzvlük kartları təqdim olunub. 

 GASU - Georgian Azerbaijani Students Union:
ŞƏRH YAZ
5