Gürcüstanda 2025-ci ilin yanvar-sentyabr ayları üzrə turistik səfərlərin rekord göstəricisi qeydə alınıb və bu rəqəm tarixi maksimum olan 4,3 milyon səfərə çatıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Turizm Administrasiyası yayıb.
Qurumun məlumatına görə, beynəlxalq səyahətçilərin ümumi sayı 6,1 milyon təşkil edib.
2025-ci ilin 9 ayının göstəriciləri:
6 109 755 beynəlxalq səyahətçi — 2024-cü illə müqayisədə artım +5.4%
4 307 094 beynəlxalq turist — 2024-cü illə müqayisədə artım +7.9%
Bundan əlavə, 2025-ci ilin üçüncü rübündə (iyul-sentyabr dövründə) də beynəlxalq turistik səfərlərin rekord göstəricisi qeydə alınıb və tarixi maksimum 2 milyon səfər olub.
2025-ci ilin iyul-sentyabr göstəriciləri:
2 956 014 beynəlxalq səyahətçi — 2024-cü illə müqayisədə artım +6.6%
2 036 731 beynəlxalq turist — 2024-cü illə müqayisədə artım +9%