Kateqoriyalar
Seçki Kollegiyası tərəfindən prezidentliyə seçilmiş Mixeil Kavelaşvili Svetitsxovloba bayramı ilə əlaqədar 70 nəfəri əfv edib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.
Əfv edilənlərdən 42 nəfər azadlıqdan məhrum edilməmiş, 24 nəfər isə azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərdir, 4 nəfərin isə məhkumluğu aradan qaldırılıb.
"Gürcüstan Prezidenti Konstitusiya ilə ona verilmiş xüsusi səlahiyyətdən istifadə edərək əfvetmə qərarını humanizm prinsipi və dövlət maraqları əsasında qəbul edib” , - məlumatda deyilir.