Ərdoğandan
14.10.2025 11:15
370
Dünya
A
Ərdoğandan "Diplomatik türbülans" | "Netanyahu zirvəyə gəlirsə, mən Ankaraya qayıdıram"

Misirdə keçirilən “Sülh Zirvəsi”nə İsrail Baş naziri Binyamin Netanyahunun qatılmaq istəyi diplomatik böhrana səbəb olub. Qərarı təyyarədə öyrənən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Netanyahunun zirvəyə qatılmasına etiraz edib və Misir Prezidenti Abdülfəttah Sisiyə zəng edərək, əgər Netanyahu sammitdə iştirak edərsə, özü qatılmayacağını bildirib.

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Ərdoğan təyyarədə olarkən Sisiyə zəng edib və əgər Netanyahu zirvəyə qatılarsa, təyyarənin Misirə enmədən Ankaraya qayıdacağını bildirib. Ərdoğanın bu xəbərdarlığından sonra Netanyahunun zirvədə iştirakdan imtina etdiyi öyrənilib" , - Türkiyənin nüfuzlu 'Milliyet' qəzeti yazıb.

Qeyd edək ki, oktyabrın 13-də Türkiyə Prezidenti və onu müşayiət edən heyəti daşıyan təyyarə Misirin Şarm Əl-Şeyx hava limanına enməkdən son anda imtina edərək eniş zolağını keçib. Bir müddət Qırmızı dəniz üzərində dövrə vuran təyyarə daha sonra hava limanına eniş edib. 

ŞƏRH YAZ
2