14.10.2025 11:52
218
Siyasət
A
"Gürcü Arzusu" aksiyalarla bağlı yeni qanun qəbul edəcək

“15 nəfər bir yerə toplaşır, əl-ələ tutub qaçır və cəmiyyətə narahatlıq yaradırsa, əlbəttə ki, buna icazə verməyəcəyik”.

Aktual.ge xəbər verir ki, bunu Parlament çoxluğunun lideri İrakli Kirtsxaliya bildirib.

Onun sözlərinə görə, Rustaveli prospektində keçirilən etiraz aksiyasının formatı ictimaiyyətdə narahatlıq yaradır.

“Cəmiyyət bir neçə yüz nəfərə baxır, onlar Rustaveli prospektində qaçır, halbuki insanlar normal işlərinə gedirlər. Bu, cəmiyyət üçün narahatlıq doğurur. Dursunlar və etiraz etsinlər, amma çərçivələr daxilində etiraz etsinlər. Biz demirik ki, etiraz qadağandır. Amma Rustavelidə 7 nəfər qaçır, hər kəsi – dövlət qulluqçularını, avtobus sürücülərini, yoldan keçən vətəndaşları təhqir edirlər.

15 nəfər toplaşıb əl-ələ tutub qaçır və cəmiyyətə narahatlıq yaradırsa, əlbəttə ki, buna imkan verməyəcəyik. Qanun sərtləşdiriləcək. Bu qanunu mütləq qəbul edəcəyik və inanın, müvafiq qurumlar da adekvat reaksiya göstərəcək. Bu gənclər və ya qızlar hər səhər dururlar, qəhvə və ya çay içdikdən sonra çıxırlar, dəqiq bilirlər nə vaxt çıxacaqlar. Bunun üçün onlara maaş verilir. Onların işi avtobus sürücülərini və yoldan keçənləri təhqir etməkdir... Biz nə edək, 15 nəfərə görə Rustaveli prospektini bağlayaq?

Əgər etiraz etmək istəyirlərsə, qoy 3000 gün etsinlər, amma 20 nəfər olacaqlarsa, getsinlər parlament binasının qarşısında dayansınlar və ya vaxtlarını dəyişsinlər əsas odur ki, elə yerdə toplaşsınlar ki, etirazlarını sərbəst şəkildə ifadə edə bilsinlər” , - deyə İrakli Kirtsxaliya qeyd edib.

ŞƏRH YAZ
11