14.10.2025 13:24
197
Dünya
A
"Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır" | Əliyev

"Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır".

Aktual.ge Azərtac-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycanın Prezidenti İlham Əliyev 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Azərbaycan Prezidenti, həmçinin qeyd edib ki, hazırda "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır.

ŞƏRH YAZ
2