Baş nazir: Partiyalarla bağlı Konstitusiya Məhkəməsinə iddia təqdim ediləcək
14.10.2025 13:33
211
Siyasət
A
Baş nazir: Partiyalarla bağlı Konstitusiya Məhkəməsinə iddia təqdim ediləcək

“Bu gün ölkəmizin siyasi sistemində elə siyasi partiyalar təmsil olunur ki, onlar daim dağıdıcılığa yönəlmiş fəaliyyət göstərirlər və onların atdığı hər bir addım demokratik sistemə qarşıdır”.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib. 

Onun sözlərinə görə, bir neçə gün ərzində Gürcüstan Konstitusiya Məhkəməsinə təqdim olunacaq iddia ərizəsi hazırlanacaq.

“Bir neçə gün ərzində iddia ərizəsinin yekun variantı hazırlanacaq. Bu iddia Gürcüstan Konstitusiya Məhkəməsinə təqdim olunacaq. Ölkəmizin sakitliyə, demokratik sistemin sağlamlaşdırılmasına ehtiyacı var. Bu konstitusiya iddiası məhz buna xidmət edir. Bildiyiniz kimi, bu gün siyasi sistemimizdə elə partiyalar var ki, onlar daim dağıdıcılığa yönəlmiş fəaliyyət göstərirlər. Onların hər bir addımı demokratik sistemə qarşı atılır. Onlar çalışırlar ki, Gürcüstanda sağlam siyasi sistem formalaşmasın. Buna konstitusion üsullarla cavab verilməlidir və məhz bu mövqenin ifadəsi olacaq o konstitusiya iddiası, hansı ki, yaxın zamanda Konstitusiya Məhkəməsinə təqdim olunacaq” , – deyə o, qeyd edib.

ŞƏRH YAZ
13