Gürcüstündə xristianlığın dövlət dini kimi elan edilməsindən 1700 illiyin qeyd edilməsi ilə əlaqədar xüsusi komissiya yaradılıb.
Aktual.ge xəbər verir ki, bu barədə bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın sağ əli, yepiskop Şio, Svetitsxovloba bayramı münasibətilə keçirilən ibadətin mərasiminin sonunda bildirib.
Onun sözlərinə görə, Gürcüstanda xristianlığın dövlət dini kimi elan edilməsindən 1700 illik yubiley 2026-cı ildə qeyd olunacaq.
"Bildiyiniz kimi, builki Svetitsxovloba bayramı əlamətdar bir tarix ərəfəsində qeyd olunur – gələn il, 2026-cı ildə, Gürcüstanda xristianlığın dövlət dini elan edilməsindən 1700 il tamam olur. Bununla əlaqədar olaraq, bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın dua və xeyir-duası ilə bu yubiley tədbirlərinin qeyd olunmasına hazırlıq üçün xüsusi komissiya yaradılıb" , - deyə yepiskop Şio qeyd edib.
Bununla yanaşı, o, xüsusi komissiya tərəfindən hazırlanmış müraciət mətnini də oxuyub; bu müraciətlə komissiya üzvləri gürcü xalqına müraciət edirlər.