Azərbaycan Respublikasının Bakı şəhəri Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.
Aktual.ge Report-a istinadən xəbər verir ki, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycanda Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.