Rusiya Gürcüstana 253 milyon avrodan çox təzminat ödəməyə borcludur | Ədliyyə Nazirliyi
15.10.2025 00:24
592
Siyasət
A
Rusiya Gürcüstana 253 milyon avrodan çox təzminat ödəməyə borcludur | Ədliyyə Nazirliyi

2025-ci il oktyabrın 14-də Strasburq Məhkəməsi Gürcüstanın Rusiya Federasiyasına qarşı açdığı “IV – davam edən işğal” işi üzrə kompensasiya qərarını elan edib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Ədliyyə Nazirliyi yayıb. 

Nazirliyin məlumatına görə, məhkəmə Gürcüstan hökumətinin təqdim etdiyi kompleks hüquqi mövqeni və sübutları tam şəkildə qəbul edib və nəticədə Rusiya Federasiyasına Gürcüstanın 29 000-dən çox zərərçəkmiş vətəndaşının xeyrinə 253 018 000 avro məbləğində təzminat ödəmək öhdəliyi qoyub.

Strasburq  Məhkəməsi Gürcüstan hökumətinə Rusiyanın ödəyəcəyi vəsaitlərin zərərçəkmişlərə paylanılması məqsədilə effektiv mexanizmin yaradılmasını tapşırıb. Zərərçəkmişlərin vəsaitləri almaları üçün müddət 18 ay müyyən edilib.

Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib ki, Rusiya artıq Avropa Şurasının üzvü olmasa da, ölkə məhkəmənin qərarlarını icra etməyə borcludur

ŞƏRH YAZ
5