Kateqoriyalar
Baş nazir İrakli Kobaxidze bildirib ki, təhsil islahatlarının birinci mərhələsi növbəti bir il ərzində həyata keçiriləcək.
Aktual.ge xəbər verir ki, o, bu barədə "İmedi" telekanalına müsahibəsində məlumat verib.
“Bizim məqsədimiz odur ki, Gürcüstanda tələbələrə elə keyfiyyətdə ali təhsil verilsin ki, bu, onların hazırda başqa ölkələrdə aldıqları təhsilə bərabər olsun” , - deyən hökumət başçısı təhsil sistemindəki islahatlara 3-4 il vaxt lazım olduğu qeyd edib:
“Gələn tədris ili üçün artıq ikinci mərhələyə keçməyə hazır olacağıq. Konsepsiyanın tam icrasına, infrastruktur və digər komponentlər də daxil olmaqla, təxminən 3–4 il vaxt lazım olacaq”.