Marneulidə yeni tikilən binada faciə: İşçi 11-ci mərtəbədən yıxılaraq ölüb - VİDEO
22.10.2025 17:14
601
Hadisə
A
Marneulidə yeni tikilən binada faciə: İşçi 11-ci mərtəbədən yıxılaraq ölüb - VİDEO

Marneulinin Muskhelişvili küçəsində yeni tikilməkdə olan binada dəhşətli hadisə baş verib.

Aktual.ge xəbər verir ki, bədbəxt hadisə bu gün səhər saatlarında baş verib.

Təxminən 40 yaşlı işçi 11-ci mərtəbədə işləyərkən yıxılaraq həyatını itirdiyi öyrənilib, fəqət hadisənin necə baş verdiyi barədə kimsə kameralar qarşısında danışmaq istəməyib.

Aktual.ge xəbər portalının sorğusunda Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinin 2 ci hissəsi ilə isitntaq aparılır. 

Qanuna görə, eyni hərəkət nəticəsində insanın ölümünə və ya digər ciddi nəticələrə səbəb olarsa, məsul şəxs altı aydan iki ilə qədər evdə həbs və ya iki ildən beş ilədək azadlıqdan məhrum edilmə, həmçinin üç ilədək vəzifə tutmaq və ya fəal işlə məşğul olmaq hüququndan məhrum edilə bilər.

ŞƏRH YAZ
11