Prokurorluq xüsusilə böyük miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktı ilə əlaqədar, sabiq DTX rəhbəri Qriqol Liluaşvilinin yaxın qohumu Andria Liluaşvilini saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq Bölməsinin rəis müavini Beka Kvitsiani prokurorluqda keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, prokurorluq təqsirləndirilən şəxs üçün həbs qətimkan tədbirinin tətbiqi məqsədilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək.
“Cəmiyyətə məlum olduğu kimi, bir neçə gün əvvəl Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə tədbir çərçivəsində Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvili, sabiq Baş prokuror Otar Fartsqaladze və onlarla əlaqəli şəxslərin mənzillərində, evlərində və seyflərində axtarışlar aparılıb. Həmin axtarışlar zamanı müxtəlif elektron məlumat daşıyıcıları, sənədlər, bahalı zinət əşyaları və böyük məbləğdə pul müsadirə olunub.
Bu gün, həmin iş üzrə, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində, xüsusilə böyük miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktı ilə əlaqədar Qriqol Liluaşvilinin yaxın qohumu Andria Liluaşvili saxlanılıb. Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə ittiham irəli sürülüb, bu maddəyə görə 9 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Prokurorluq təqsirləndirilən şəxs üçün həbs qətimkan tədbirinin tətbiqi məqsədilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti istintaqa intensiv davam edir, Andria Liluaşvilinin mümkün cinayətkar əlaqələrinin olduğu şəxsləri müəyyən etmək, həmçinin Cinayət Məcəlləsinin 339-prima maddəsinə əsasən təsir vasitəsilə ticarət və digər təşkilatlanmış cinayət fəaliyyətində iştirak edən şəxsləri aşkar etmək və müvafiq hüquqi prosedurları həyata keçirmək məqsədilə tədbirlər görürlər”, – Prokurorluqdan bildirilib.