Gürcüstan millisinin baş məşqçisi istefa verdi - SƏBƏB?
13.11.2020 11:26
138
İdman
A
Gürcüstan millisinin baş məşqçisi istefa verdi - SƏBƏB?
Futbol üzrə Gürcüstanın milli komandasının baş məşqçisi Vladimir Vayss istefa verib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib. Slovakiyalı mütəxəssis buradakı işinin başa çatdığını deyib: "Gürcü azərkeşlərə, futbolçulara və jurnalistlərə təşəkkür edirəm. Bu, asan olmayan, lakin həyatımın çox yaxşı 5 ili oldu". 56 yaşlı baş məşqçi Şimali Makedoniya ilə AVRO-2020-nin pley-off oyunundakı məğlubiyyətə görə üzr istəyib. Qeyd edək ki, ötən gün baş tutan matçda rəqibinə 0:1 hesabı ilə uduzan Gürcüstan millisi 2021-ci ilin yayında keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə şansını əldən verib.
ŞƏRH YAZ
1