Bu gün məlum olub ki, klinikada 26 yaşlı gənc müəllim, Qiqa Avaliani vəfat edib. Mövcud məlumata görə, ona Tbilisidə, Temqa ərazisində ona pusqu qurulub, döyülüb və baş nahiyəsinə ağır xəsarətlər yetirilib.
Müəllim bir neçə gün komada olub və həkimlər dünənə qədər onun həyatını xilas etməyə çalışıblar.
Aktual.ge xəbər verir ki, bu barədə "TvPirveli" məlumat yayıb.
“Bu videonu paylaşın və cinayətkarların cəzalandırılmasını tələb edin, yoxsa sabah sizin övladlarınızı da öldürəcəklər. Oğlumu 16-17 yaşlı uşaqlar öldürdü. Onları tutmasalar, sabah sizin övladlarınızı da öldürəcəklər. Qiqanini qrup halında öldürdülər. Birini qurban seçiblər ki, digərləri asanlıqla xilas olsunlar. Bu videonu paylaşın! Qanunları dəyişin. Qatil olanlar yetkinlik yaşına çatmayanlardır” – bu sözləri mərhum müəllimin anası sosial şəbəkədə yayımladığı videomüraciətdə qeyd edib.
Təsdiqlənməmiş məlumata görə, qanlı insidentdə 4 nəfər iştirak edib, onlardan biri yetkinlik yaşına çatmayan qızdır. Hadisənin səbəbi kimi isə qısqanclıq göstərilir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır.
Qurumun məlumatına əsasən, ağır cinayətdə təqsirləndirilən bir nəfər, 17 yaşlı oğlan saxlanılıb. Mərhumun ailəsi qarşıdurmada iştirak edən bütün şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını tələb edir.
