Marneulidə yeni alış-veriş məkanı | “Şok Mart” artıq xidmətinizdə!
26.10.2025 16:55
521
Maraqlı
A
Marneulidə yeni alış-veriş məkanı | “Şok Mart” artıq xidmətinizdə!

Marneuli şəhərinin Merab Kostava küçəsində “Şok Mart” supermarketinin təntənəli açılış mərasimi keçirilib. 

Çoxdandır gözlənilən supermarketin açılışına ictimaiyyət nümayəndələri, iş adamları, yerli müğənnilər və sakinlər iştirak ediblər.  Lentkəsmə mərasimindən əvvəl qonaqlar üçün furşet süfrəsi açılıb, yerli müğənnilər Nato və Sahil Dəniz çıxış edərək tədbirə musiqili ab-hava bəxş ediblər. Supermarketin rəsmi açılış lentini mağazanın sahibi Yalçın Qərəhməzli övladları ilə birlikdə kəsib. Daha sonra qonaqlar “Şok Mart”ın geniş və müasir ticarət zalı ilə tanış olublar, təqdim olunan məhsul çeşidinə və sərfəli qiymətlərə böyük maraq göstəriblər.

“Şok Mart” rəhbərliyindən bildirilib ki, mağazada müştəriləri daim fərqli endirim aksiyaları və hər büdcəyə uyğun sərfəli qiymətlər gözləyir.

Yeni supermarketdə siz yüksək keyfiyyətli ət və süd məhsulları, un məmulatları, spirtli və spirtsiz içkilər, təzə meyvə-tərəvəz, eləcə də on mindən çox müxtəlif qida məhsulunu əldə edə bilərsiniz.

“Şok Mart” supermarketi həm yerli, həm də xarici istehsalçıların məhsullarının geniş çeşidini təqdim edir. Azərbaycan, Belarus, Türkiyə və Avropa ölkələrinin keyfiyyətli, ekoloji cəhətdən təmiz və saxlanma qaydalarına tam uyğun məhsulları sizi gözləyir.

Saat 09:00-dan gecə 12:00-dək fəaliyyət göstərən “Şok Mart” hər gün yeni endirim aksiyaları və hər kəsin cibinə uyğun qiymətlərlə müştərilərinə xoş alış-veriş təcrübəsi bəxş edir!

ŞƏRH YAZ
5