Gürcüstanda müxtəlif növ arayışların hazırlanması nə qədər başa gəlir? Bu barədə ətraflı məlumatı Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin rəsmi veb-saytında görə bilərsiniz.
Aktual.ge məlumat verir ki, sənədin qiyməti onun növündən asılı olaraq aşağıdakı kimidir:
1. Məhkumluq haqqında arayış – arayışda fiziki şəxsin məhkumluğu və axtarışda olub-olmaması barədə məlumat əks olunur.
3 iş gününə: 20 lari
1 iş gününə: 40 lari
2. Hüquqdan məhrumetmə barədə arayış – arayışda Daxili İşlər Nazirliyinin informasiya-analitik departamentində qeydiyyatda olan məlumatlar əsasında, şəxsin “Narkotik cinayətkarlığı ilə mübarizə haqqında” və/və ya “Cinsi azadlıq və toxunulmazlığa qarşı cinayətlərlə mübarizə haqqında” qanunlara əsasən hüquqdan məhrum edilib-edilməməsi göstərilir.
3 iş gününə: 20 lari
1 iş gününə: 40 lari
3. Cinsi azadlıq və toxunulmazlığa qarşı yönəlmiş cinayətlərə görə məhkumluq haqqında arayış – bu arayışda şəxsin həmin cinayətlərə görə məhkumluğu barədə məlumat göstərilir, məhkumluq aradan qaldırılmış və ya ləğv edilmiş olsa belə.
3 iş gününə: 30 lari
1 iş gününə: 50 lari
4. Şəxsin məhkumluğu barədə arayış – arayışda şəxsin hansı illərdə və hansı maddə ilə məhkum olunduğu barədə məlumat verilir, məhkumluq silinmiş və ya aradan qaldırılmış olsa belə.
3 iş gününə: 20 lari
1 iş gününə: 40 lari
5. Silinmiş və/və ya ləğv edilmiş məhkumluq barədə arayış
3 iş gününə: 30 lari
1 iş gününə: 50 lari
6. Dövlət sərhədini keçmə barədə arayış – arayışda fiziki şəxsin Gürcüstan dövlət sərhədini keçməsi və ya tərk etməsi barədə məlumat verilir.
3 iş gününə: 30 lari
1 iş gününə: 50 lari
7. Nəqliyyat vasitəsinin Gürcüstan sərhədini keçməsi barədə arayış – arayışda göstərilən müddət ərzində nəqliyyat vasitəsinin Gürcüstan dövlət sərhədini keçməsi barədə məlumat əks olunur.
3 iş gününə: 30 lari
1 iş gününə: 50 lari
8. Nəqliyyat vasitəsinin hüquqi vəziyyəti barədə arayış – qeydiyyat məlumatları ilə yanaşı, aşağıdakı məlumatlar göstərilir:
Həbs barədə;
Girov barədə;
Vergi girovu barədə;
Axtarışda olub-olmaması barədə;
Müvəqqəti qeydiyyat və/və ya gömrük rüsumundan azad edilmə barədə.
Qiymətlər:
5 iş gününə: 30 lari
3 iş gününə: 45 lari
1 iş gününə: 70 lari
3 iş saati ərzində: 110 lari