Hava pisləşəcək, dənizdə 5 ballıq fırtına gözlənilir | RƏSMİ PROQNOZ
27.10.2025 13:27
1235
Maraqlı
A
Hava pisləşəcək, dənizdə 5 ballıq fırtına gözlənilir | RƏSMİ PROQNOZ

Oktyabrın 29-da Gürcüstanda yağış, dənizdə isə 4-5 ballıq fırtına, dalğalanma gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib. 

Məlumata əsasən, oktyabrın 29-da Gürcüstan ərazisində yağış, bəzi yerlərdə güclü yağış, qərb istiqamətli güclü külək, ildırım, eləcə də dənizdə 4-5 ballıq fırtına, dalğalanma ehtimalı var.

"Gözlənilən yağıntılar ölkə çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda sel hadisələrinə, həmçinin dağlıq və təpəlik ərazilərdə sürüşmə və torpaq axını proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi – ortadır)” – məlumatda qeyd olunub.

ŞƏRH YAZ
4