Uşaq bağçalarının bərpası üçün ayrılan vəsait mənimsənilib | Keşmiş Fond direktoru saxlanılıb
28.10.2025 00:46
741
Kriminal
A
Uşaq bağçalarının bərpası üçün ayrılan vəsait mənimsənilib | Keşmiş Fond direktoru saxlanılıb

Xidməti səlahiyyətlərindən sui-istifadə faktına görə Gürcüstan Bələdiyyə İnkişaf Fondunun sabiq icraçı direktoru Davit Tabidze saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəis müavini İa Axalaias brifinqdə məlumat verib.

İstintaq Xidmətinin məlumatına görə, məsələ 30 uşaq bağçasının bərpası üçün ayrılmış 9 365 801 lari məbləğində vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə aiddir.

Davit Tabidze ilə birlikdə Fondun proqram meneceri və layihə meneceri də saxlanılıb. Onlara qarşı məhkəmə qətimkan tədbiri kimi girov təyin edib.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər xidməti səlahiyyətlərindən sui-istifadə edərək, müəyyən şirkətə üstünlük vermək məqsədilə, baxmayaraq ki, həmin şirkətin 2023-cü ilin iyul ayında aldığı avans təyinatı üzrə xərclənməmişdi, 2023–2024-cü illərdə “Lagi Kapital” MMC-yə uşaq bağçalarının bərpası üçün əsassız olaraq 11 218 380 lari avans ödəmişlər. Nəticədə, “Lagi Kapital” MMC-nin rəhbərləri 9 365 801 lari məbləğində vəsaiti dələduzluq yolu ilə mənimsəmişlər.

Cinayət əməlinə görə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

"Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşları xidməti səlahiyyətlərindən sui-istifadə faktına görə Gürcüstan Bələdiyyə İnkişaf Fondunun sabiq icraçı direktoru Davit Tabidzeni saxlayıblar.

Eyni iş üzrə Fondun proqram meneceri və layihə meneceri də saxlanılıb, onlar istintaqla tam əməkdaşlıq ediblər və məhkəmə tərəfindən onlara girov təyin olunub.

Artıq ictimaiyyətə məlum olduğu kimi, Bələdiyyə İnkişaf Fondundan 30 uşaq bağçasının bərpası üçün ayrılmış 9 365 801 lari vəsaitin mənimsənilməsi və 1 211 000 lari qanunsuz gəlirin leqallaşdırılması faktına görə 'Lagi Kapital' MMC-nin rəhbərləri saxlanılıblar.

İstintaq müəyyən edib ki, onlar 'Lagi Kapital' MMC tərəfindən 2023-cü ilin iyulundan 2024-cü ilin mayınadək təqdim edilən avans tələblərinin əsassız və qismən təmin edilmiş olduğunu bilirdilər.

Adları çəkilən şəxslər xidməti səlahiyyətlərindən sui-istifadə edərək, şirkətə üstünlük vermək məqsədilə, baxmayaraq ki, 2023-cü ilin iyulunda alınmış avans məqsədyönlü şəkildə xərclənməmişdi, 2023–2024-cü illərdə 'Lagi Kapital' MMC-yə əsassız olaraq 11 218 380 lari avans ödəyiblər, bu vəsaitdən şirkət rəhbərləri 9 365 801 larisini mənimsəyiblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 1-ci hissəsi, 180-ci maddənin 2 və 3-cü hissələri, 194-cü maddənin 2 və 3-cü hissələri, həmçinin 362-ci maddənin 2-ci hissəsi ilə aparılır. Bu maddələr 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. İstintaq, cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə intensiv şəkildə davam etdirilir” , - deyə İa Axalaia bildirib.

ŞƏRH YAZ
1