Bu il Tbilisidə ənənəvi yeni il tədbirləri keçiriləcək? - Açıqlama
13.11.2020 12:15
568
Mədəniyyət
A
Bu il Tbilisidə ənənəvi yeni il tədbirləri keçiriləcək? - Açıqlama
Tbilisi Meriyası yeni il tədbirləri ilə bağlı hələ qərar verməyib. Aktual.ge xəbər verir ki, bununla bağlı Tbilisi Meriyasından məlumat verilib. Məlumata əsasən, 31 dekabrda əvvəlki illərdə olduğu kimi yeni il konsertinin və ya “Milad kəndi”nin təşkil olunub olunmayacağı hələ məlum deyil. . " ‘Milad kəndi’nin qurulması və ya yeni il tədbirləri ilə bağlı hələ qərar verilməyib. Bu səbəbdən qərar verildiyi anda tədbirlərin harada və hansı formada keçiriləcəyi barədə rəsmi məlumatları açıqlayacağıq”,- deyə məlumatda qeyd olunub. Xatırladaq ki, Tbilisi Meriyası paytaxt küçələrində yeni il işıqlandırmalarının quraşdırılmasına başlamışdır. Digər tərəfdən isə koronavirus pandemiyası səbəbi ilə Gürcüstanın böyük şəhərlərində saat 22:00-dan 05:00-a qədər hərəkət məhdudlaşdırılıb.
ŞƏRH YAZ
1